AZ

Havada bahar ətri : «Sutra Jewels» brendindən mövsümün eksklüziv yenilikləri

07 Mart 2019 19:42


1 mart tarixində «Elluxus Baku» butikində «Sutra Jewels» zərgərlik brendinin eksklüziv bəzək əşyalarının nümayişi keçirilmişdir.

Diqqəti cəlb edən qiymətli bəzək əşyaları, yüngül əyləncə proqramı, musiqi, şampan şərabı və komfortlu mühit baharın ilk günü keçirilən tədbirdə xüsusi əhval-ruhiyyə yaratdı. Qonaqlar xoşagələn rəngləri və simvolik formaları ilə baharın gəlişini əks etdirən brendin ən yeni zərgərlik məmulatlarını təqdim edən modellərin eleqant obrazlarından zövq aldılar.
Həmçinin, butikdə qonaqların xüsusi olaraq dəvət edilmiş fotoqraf Yeqor Andryuşindən eksklüziv portret ala bilmələri üçün peşəkar fotozona təşkil edilimişdi.