AZ

«Idea» salonunda italyan dizaynının təntənəsi

19 Avqust 2019 19:17

29 mart tarixində «Idea» mebel salonunda yenilənmiş mətbəx mebeli güşəsinin açılışı ilə əlaqədar tədbir keçirilmiş və «Snaidero» brendindən «Kelly» mətbəx modeli təqdim edilmişdir. Bu modelin dizaynı əfsanəvi memar və dizayner Massimo Yoza Qini tərəfindən işlənib hazırlanmışdır.

Gecənin qonaqlarını şəxsən cənab Yoza Qini, WWTS şirkətinin prezidenti Silverio Marian, eləcə də, «Idea» salonunun direktoru Mahmud Mahmudov salamladılar. Salamlama nitqi zamanı cənab Marian «Idea» salonuna və Italdizain Group holdinqinə postsovet məkanında ən yaxşı tərəfdaş mükafatını təqdim etdi.

Gecənin qonaqları Massimo Yoza Qininin imzası olan eksklüziv açıqca əldə etmək imkanı qazandılar. Canlı italyan musiqisi və şəxsən Silverio Marian tərəfindən hazırlanmış yeməklər salonun ziyarətçiləri üçün rahat italyan ab-havası yaradırdı.

«Təmtəraqlı mebel sevənlər üçün ən yaxşısı» prinsipinə sadiq qalan «Idea» salonu italyan dizayner Massimo Yoza Qini ilə birlikdə müsabiqənin başlandığını edlan etdi. Dizaynerlər, eləcə də «Idea» salonunda mebel sifariş edən şəxslər müsabiqədə iştirak etmək imkanı əldə edəcəklər: Snaidero fabrikinin Kelly mətbəx mebelindən istifadə etməklə ən yaxşı layihəni həyata keçirəcək müəlliflər unudulmaz mükafat – İtaliyaya səyahət qazanacaqlar. Cənab Massimo Yoza Qini qalibi şəxsən özü seçəcək və qalibin adı 2018-ci ilin sonunda elan ediləcək.

2017-ci ildə İtaliya Xarici İşlər Nazirliyi tərəfindən rəsmi olaraq italyan dizaynının səfiri elan edilmiş Massimo Yoza Qini ənənəvi motivləri və müasir nailiyyətləri özündə birləşdirən işləri ilə tanınır. 1990-cı ildə o, «Iosa Ghini» studiyasını açmışdır və hazırda həmin studiya iri beynəlxalq şirkətlər və developerlər (müəlliflər) üçün layihələr yaradaraq Milanda, Bolonyada və Mayamidə fəaliyyət göstərir. Studiya həmçinin yaşayış, kommersiya və muzey binalarının layihələndirilməsi ilə məşğuldur. Bundan başqa, cənab Qini dünyanın aparıcı brendləri ilə əməkdaşlıq edir və onlar üçün müxtəlif mebellər işləyib hazırlayır. Bu əməkdaşlığın parlaq nümunəsi Massimo Yoza Qininin 2000-ci ildən etribarən «Snaidero» şirkəti ilə həyata keirdiyi birgə işlərdir.