Rotşildlərin çini mirası
19 Avqust 2019 17:39
1826-cı ildə Macarıstanda Herend manufakturasının əsası qoyulmuşdur. Bu manufaktura klassik tərzli möhkəm çinidən hazırlanmış məhsullara dəyər verən insanların diqqətini dərhal cəlb etdi. Brendin populyarlığı həm də belə bir faktla əlaqədardır ki, imperator Frans İosif də bu brendə üstünlük verən insanlar arasında olmuşdur.
Herend brendini sevənlər arasında məşhur bankir Rotşild də olmuşdur. O, quş və yaşıl yarpaq təsvirləri ilə bəzədilmiş nəfis naxışlı çini dəst sifariş etmişdir. Demək olar ki, hər bir məmulatın üzərində budaqdan asılmış qızıl boyunbağı təsviri var. Rotşild ailəsi haqda əfsanə belə bir maraqlı tərzdə təsvir olunmuşdur. Belə ki, əfsanədə baronessanın itirilmiş və sonra təsadüfən bağda tapılmış boyunbağısından bəhs olunur.
Bu servizin sahibi olmuş şəxslərin sırasına aşağıdakılar daxildir: Kennedi ailəsi, Yaponiya imperatoru, Bruney sultanı, Tailand kralı və dünyanın müxtəlif ölkələrindən olan bir çox aristokratik ailə.
Bu gün manufakturanın məhsulları muzeylərdə və şəxsi kolleksiyalarda yer alır, brendin özü isə, beynəlxalq səviyyəli çini brendi hesab edilir.