
«Swarovski» və Oscarsın tarixi
19 Avqust 2019 17:38
«Swarovski» kristalları məşhur kreativ dizayner Devid Korinslə birgə 2019-cu ildə Oskar səhnəsini bəzəmişdir. 41 000 kristalı Dolby Teatrının əsas konstruksiyalarına yerləşdirməklə, səhnədə “Büllur bulud” və “Kristal çardaq” dekorasiya fonlarını yaratdılar.
Brodveydə öz parlaq işləri ilə məşhurlaşan Korins, gözqamaşdıran mərasimin bütün təmtərağını üzə çıxaracaq bəzəyin axtarışında idi. Büllur buludun ərsəyə gəlməsi üçün kristalla bəzədilmiş 1250 yüngül tellərdən istifadə edilərək, uçan bulud illüziyası yaradılmışdı, eyni zamanda, Kristal Çardaq – 400 kristaldan ibarət olan tellərdən hazırlanaraq, şəlaləyə bənzədilmişdi. 1800 kristaldan ibarət olan kristal dekorasiyalı fon qaliblərin əzəmətini vurğulayırdı.
Müasir mədəniyyətdə abstrakt və təbii formaların vəhdəti məxsusi qeyri-adilik hissinin və yaxın ruhlu olanların birgə ahənginin yaradılması ilə səciyyələnir. Qızıl və gümüş haşiyələrə salınmış Swarovski kristalları, muncuqlar, strazlar və mirvarilər auditoriyanı işıqlandırmaqla istilik və şəfəq saçırdılar.
«Swarovski» kristalları ilə bəzədilmiş səhnə təkrarlanan ənənələri nümayiş etdirir, eyni zamanda da, 85 il öncə“Sarışın Venera” filmində Marlen Ditrixin üzərində «Swarovski»nin debüt görünüşü ilə əlaqədar keçirilən tədbiri yada salırdı. O günlərdən indiyədək «Swarovski» kristalları ekranlarda parlayır. Əfsanəvi filmlərdən “Centlmenlər sarışınlara üstünlük verir”, “Tiffanigildə nahar”, son filmlərdən - “Bohema rapsodiyası”, “Heyvanların kraliçası Meri”, “Ulu Qetsbi”, həmçinin “Zoluşka” və “Gözəl və bədheybət” filmlərinin Disney variantını qeyd etmək olar.