AZ

«Villeroy & Boch» qab-qacağında təbiətin gözəlliyi

«Villeroy & Boch» qab-qacağında təbiətin gözəlliyi

28 Fevral 2019 22:10

«Amazonia Anmut» kolleksiyasını təqdim etməklə «Villeroy & Boch», Aleksandr fon Humboldt tərəfindən təklif olunmuş və şöhrət qazanmış «Amazonia» dekorunu klassik dəyirmi formalarla tamamlayır. Özünüz üçün yeni imkanları aşkar edin. Süfrədə tamamilə yeni və qeyri-adi senarilər yaradın. Öz yeməklərinizi təqdim edərkən həyəcanlandıran, ekzotik və eyni zamanda müasir formaların və rənglərin real gözəlliyindən həzz alın.

Qeyri-adi suvenir və əşyaların həvəskarı olanlar üçün – tamamilə yeni hədiyyəlik fikirlər.

«Amazonia»nın hər bir parçası ayrıca bir əşya kimi parlaq dekorativ vurğu – və nəticə etibarilə hədiyyə üçün əla fikir deməkdir. Formaların özü ekzotik ab-hava yaratmağa qadirdir, lakin dekorun sanki qab-qacaqdan üzə çıxması effekti xüsusilə təsirləndiricidir: məsələn, yarpaq şəklində olan qabda bir neçə ekzotik meyvə hədiyyə edin və yaxud çaydana cücərmiş tumurcuqlu budaqlar qoyun.


Təbiətşünas Aleksandr fon Humboldt tərəfindən təklif edilmiş dekor- təbiətin həqiqi gözəlliyi

«Amazonia Anmut» kolleksiyası – bu təbiətin həqiqi gözəlliyinə valehedici səyahətdir. Çünki parlaq rəng dekoru böyük Aleksandr fon Humboldt tərəfindən yaradılmışdır. Səyahətçi və təbiətşünas rütubətli tropik meşələrin zənginliyi və müxtəlifliyini hələ 18- ci əsrdə təsvir etmişdi. Hətta bu gün də, bu həyəcanlı rəsmlər öz ovsunlayıcı təbiiliyi ilə insanların rəğbətini qazanır.

Təbii, dəyirmi və girintili-çıxıntılı xətlərlə bəzədilmiş formalar zənginliyi ilə bir-birini mükəmməl şəkildə tamamlayır.

«Amazonia Anmut»un dəyirmi formalarını səliqəli xətləri olan boşqablarla və «Amazonia»nın yarpaqşəkilli qabları ilə kombinə etdikdə, Siz dekoru yeni –yeni ssenarilərlə tamamlayırsınız. Real formaların oyununu tamamlamaq üçün «Modern Grace» və «Anmut» silsiləsindən olan qızılı qulplu, bəyaz «Ella» yemek dəsti və dekorla həmahəng olan «Amazonia» aksesuarları kifayətdir.