«Yves Delorme»nin qış bağları
28 Fevral 2019 22:10
«Yves Delorme» dəstlərinin adları, rəngləri və onların çalarları, şəkillərin motivləri, naxışların elementləri, fakturalar – bütün bunlar sehrli qış mənzərələrini xatırlatmaqla, sakitlik və əmin-amanlıq hissi yaradır. Dizaynerlər tərəfindən ərsəyə gətirilən dəstlərdə qış obrazlarının bütün rəngarəngliyi ortaya çıxır: ilk qar dənəcikləri ilə fırlanaraq rəqs edən yarpaqlar; təzadlar yaradan göy rəngin soyuq çaları; adi mənzərəni möcüzəvi şəkildə dəyişən yumşaq örtük... Kolleksiyanın incə rəng palitrasında üstünlük isti və yumşaq fil sümüyü rənginə verilir və bir çox neytral rəng çalarlarını özündə cəmləşdirir. Satinin incə teksturası sanki yumşaq və ilıq baramaya bürünərək, dinclik hissi yaradır və yaza qədər orada daldalanmağa sövq edir.
«Yves Delorme» dizaynerləri məxməri perkaldan hazırlanmış ikiüzlü «Galons» dəstini soyuq küləkdə yellənən çiçək hörükləri formasında romantik naxışla bəzəmişlər. O, akvarel texnikası ilə hazırlandığı üçün, inanılmaz dərəcədə yüngül və zərifdir. Yataq dəstinin arxa tərəfi məşhur Liberty vintaj naxışlarını xatırladan, səliqə ilə çəkilmiş, sıx çiçək ornamentləri ilə örtülmüşdür. Kirşan tonlarında işlənmiş və parlaq çalarlarla tamamlanmış qrafik, eyni zamanda, məftunedici dəst, yeni nəslin romantika rəmzinə çevrilmişdir. O, həm klassik, həm də müasir interyerin həqiqi gözəlliyini vurğulayacaqdır. Kolleksiyaya daxil olan Misir pambığından hazırlanmış jakkard naxışlı saçaqlı məhrəbaların aşağı küncləri zərif çiçək naxışları ilə haşiyələnmişdir.