AZ

«APM Monaco» – zərifliyi, möhtəşəmliyi ilə fərqlənən və özündə müasir cərəyanların təsirini cəmləşdirərək, təmtəraqlı bəzək əşyaları istehsal edən fransız zərgərlik şirkətidir.

«APM Monaco» – zərifliyi, möhtəşəmliyi ilə fərqlənən və özündə müasir cərəyanların təsirini cəmləşdirərək, təmtəraqlı bəzək əşyaları istehsal edən fransız zərgərlik şirkətidir.

28 Fevral 2019 22:10

Müasir xanımları zinət əşyaları olmadan təsəvvür etmək çətindir. Məhz aksesuarlar lazımi çalarlar qatmaqla kompozisiyaya tamalanmış görünüş bəxş edir.

Yer kürəsinin istənilən nöqtəsində yaşayan xanımlar klassik məmulatların incəliyi, nəcibliyi və gözəlliyini layiqincə qiymətləndirmişlər. Artıq gümüş yubileyini qeyd etmiş «APM Monaco» markası qadınlar arasında geniş şöhrət qazanmışdır. Şirkət öz kolleksiyalarında düzgün nisbəti, forma sadəliyini və həndəsi xətlərin dəqiqliyini diqqətlə qoruyub saxlayır. Estetika və qeyri-adilik baxımından bəzək əşyalarında Fransanın gözəl landşaftı təsvir edilmişdir. Sənətkarların incə əməyində həm möhtəşəm çimərlik mənzərələri, həm romantik dəniz seyrləri, həm də bayramların sehri öz əksini tapmışdır.