AZ

Avtomobillərə və saatlara qarşı 30 illik ehtiras və tərz

19 Avqust 2019 19:41

1988-ci ildən «Chopard» şirkəti ilk dəfə 90 il əvvəl təşkil edilmiş əfsanəvi «Mille Miglia» yarışlarının əvəzsiz tərəfdaşı və rəsmi xronometristidir.1927-ci ildə doğma Breşiya şəhərinin İtaliya Qran-Prisi keçirmək hüququndan məhrum olması səbəbilə məyus olan iki italyan aristokrat yeni avtoyarış təsis etdilər. «Mille Miglia» rallisi xüsusi yarış oldu: belə ki, pilotlar trekdə deyil, adi yollarda yarışırdılar. Vaxt keçdikcə, ralli klassik avtomobillərdə dözümlülüyə görə dünyada ən nüfuzlu ralli adını qazandı. 1988-ci ildən bəri aparılan hesablamalara görə, bu il yarışın iştirakçılarından biri kolleksiya maşınlarının həvəskarı və çılğın yarışçı «Chopard» şirkətinin həmprezidenti Karl Fridrix Şoyfele olacaq.

Məşhur italyan rallisinin şərəfinə adlandırılmış «Mille Miglia» kolleksiyası əfsanəvi yarışların vintaj cazibəsini özündə əks etdirir. «Mille Miglia» – brendin idman simvoluna çevrilmiş saat kolleksiyasıdır. Unikal və qüsursuz dizaynı sayəsində bu kolleksiya müasir saat sənətinin klassikası sayılır. Saatlar məşhur qırmızı aksentinə görə diqqəti cəlb edir və «Mille Miglia» yarış avtomobillərinin illüziyasını əks etdirir: mühərrik porşenini xatırladan, səthin sürüşməsinə mane olan və əyləc pedalına bənzəyən düymələr, üzərində 1960-cı illərin Dunlop təkər protektorunun şəkli olan məşhur kauçuk qayış. 

«Dünyanın ən gözəl avtomobil yarışına» olan otuz illik sönməyən sevgi. Belə bir sadiq sevgi ilə çoxlarımı fəxr edə bilər? Görkəmli yubiley şərəfinə «Chopard Evi» bu il COSC sertifikatlı xüsusi saatlar təqdim edir ki, bunlar da məhdud və nömrəli seriya ilə buraxılırlar: “Mille Miglia” 2018 Race Edition. Yarış zolağına 44 mm diametrli model çıxır. Bu, ehtirasın, tərzin və dəqiqliyin təcəssümüdür. Diqqətli olun və startı gözdən qaçırmayın: «Chopard» saat emalatxanaları polad materialdan və 18 karatlıq çəhrayı qızıldan olmaqla, bu saatdan cəmi 1000 nüsxədə buraxacaq. Korpusun daxilində saatın «ürəyi» - avtomatik işə salınan qüsursuz mexanizmi «döyünür». Bu sertifikatlı xronometr «Chopard» saat sənətinin parlaq təcəssümüdür.

Daimilik

Müntəzəm hərəkət yarışları bu anlayışın məğzini ifadə edir. Burada əsas əhəmiyyət daşıyan maksimum sürət deyil, müəyyən edilmiş tempi saxlamaqdır. «Mille Miglia 2018 Race Edition» saatları İsveçrə Xronometriya İnstitutunun (COSC) sertifikatlı xronometrinə malik saat mexanizmi ilə təchiz edilmişdir. Bu saatlarda iş xətası sutkada +4/-4 saniyədən artıq olmamalıdır. Heç nə taleyin ümidinə buraxılmamışdır. Balans tezliyi saatda 28 800 yarımtitrəmədən ibarətdir və 42 saatlıq ehtiyat çalışma bu avtomatik saatların müntəzəm işini təmin edir.

Son dərəcə dəqiqlik

Bu, həmçinin avtomobil yarışına xas xüsusiyyətdir. «Mille Miglia» təxmini yanaşmanı sevmir. Sınaqdan uğurla keçmək üçün tras öyrənilməli, geniş yol kitabı olmalı və yarışlara səylə hazırlaşma təmin edilməlidir. İlk «Mille Miglia» saatlarını 30 il əvvəl yaratmış saat manufakturalarının ustaları ən dəqiq meyarlara əsaslanmışlar. Builki kolleksiyanın əsasını təşkil edən «Mille Miglia 2018 Race Edition» modeli də məhz belə ciddi tələblərə əsasən yaradılmışdır. Bouchonné texnikası ilə hazırlanmış naxışlara malik siferblat, dəqiqliklə işlənmiş düymə detalları və saatın qurulma düyməsi, sapfir şüşədən hazırlanmış və üzərində 30 illik yubiley yazısı olan arxa qapaq – bütün bunlar yeni xronoqrafın yüksək səviyyəsini göstərən keyfiyyətlərin sadəcə bir neçəsidir. «Mille Miglia» kolleksiyasına aid saatlar əsl avtomobil yarışçıları üçün ən yüksək pilotaj cihazıdır.