AZ

Bakıda amerikan eklektikası

19 Avqust 2019 19:21

Amerikanın «Caracole» mebel brendi ən gənc və yenilikçi istiqamətlərdən biridir. Bu brendin fəaliyyəti 2009-cu ildə başlanmış və modellərin işlənib hazırlanmasında bir-birinə zidd olan istiqamət və tərzlərin birləşdirilməsi ilə tam unikal yanaşma tətbiq edilmişdir.

Müxtəlif interyer elementlərinin dekorasiyasında tətbiq etdiyi gözlənilməz həlləri və qeyri-standart yanaşması sayəsində «Caracole» şirkəti yerli bazarda tez bir vaxtda populyarlıq qazanmış və beynəlxalq səviyyəyə çıxmışdır.

Yeni modellərin işlənib hazırlanması Kristina Kapranın yaradıcı ideyaları çərçivəsində gənc və iddialı amerikan dizaynerlərinin komandası tərəfindən yerinə yetirilir. «Caracole» mebelləri eklektika və bir neçə istiqamətə aid motivlərin eyni vaxtda istifadə olunması xüsusiyyətini özündə birləşdirir. Məsələn, eleqant provans, qeyri-adi ar-deko altmışıncı illərin hippi motivləri ilə ahəngdar şəkildə uyğunlaşır. Bu fabrikin fərqləndirici xüsusiyyəti hər bir məhsula fərdilik və təkrarolunmazlıq bəxş edən əl işləməsidir.