AZ

Bang & Olufsen» brendindən «BeoPlay»

19 Avqust 2019 19:23

«Bang & Olufsen BeoPlay P2» – musiqi və zənglər üçün naqilsiz portativ akustikadır. Bu cihaz analoji həllərdən son dərəcə qeyri-standart idarəetmə üsulu ilə fərqlənir. Məsələn, anodlaşdırılmış alüminiumdan olan qəfəsə iki dəfə toxunmaqla, musiqini dayandırmaq və ya işə salmaq olar, dinamikini silkələdikdə isə, növbəti musiqi səslənir. «BeoPlay P2» həmçinin istehsalçının ən yığcam Bluetooth dinamikidir.

«BeoPlay P2» cihazı Android və iOS əməliyyat sistemləri üçün «BeoPlay» tətbiqi proqramı ilə çalışır. Həmin tətbiqin köməyilə səsin tonallığını asanlıqla tənzimləmək, müxtəlif presetlərdən istifadə etmək, eyni vaxtda iki eyni dinamikini qoşmaq və onların proqram təminatını yeniləmək mümkündür.


«Bang & Olufsen BeoPlay H5» – 6.4 mm diametrə malik güclü dinamiklər, tutumu 50 mA/s olan akkumulyatorlar və naqilli idarəetmə pultu ilə təchiz edilmişdir. Qulaqcıqlar Bluetooth 4.2 texnologiyasını dəstəkləyir ki, bunun sayəsində naqilsiz qoşulma olmadan müsiqiyə qulaq asmaq və bütün zəruri səs parametrlərini icra etmək mümkündür. Bu model istənilən vaxt və istənilən yerdə musiqidən zövq almağa imkan verir.

Etibarlı və rahat «Bang & Olufsen BeoPlay H5» cihazları yüksək keyfiyyətli materiallardan hazırlanmışdır. Kabelin üzəri parça hörgü ilə örtülmüşdür ki, bu da dəri ilə təmas zamanı rahatlığı təmin edir və çirkləndikdə asanlıqla təmizlənir. Bundan başqa, bu model rütubətdən və tozdan etibarlı şəkildə qorunur.



«BeoPlay H4» cihazı «Bang & Olufsen» qulaqcıqları arasında yenilikdir və həm naqilsiz, həm də naqilli qoşulma imkanına malikdir. Klassik nəfis dizayn və üstün akustik keyfiyyətlər indi, qoyun dərisindən hazırlanmış qayışı və halqaların alüminium elementləri ilə, erqonomik korpusda təqdim edilir. Qulaqcıqlar həm Bluetooth texnologiyası vasitəsilə, həm də 3.5mm razyoma malik AS naqili ilə qoşularaq işləyə bilir.

Daim musiqi ilə. Mikrofonlu «Bang & Olufsen BeoPlay H4» qulaqcıqları daxili akkumulyator ilə təchiz edilmişdir ki, bu akkumulyatorun enerjisi 19 saat ərzində musiqiyə qulaq asmağa imkan verir və tam enerji yükləmək üçün 2 saat yarım tələb olunur.


«BeoPlay A1»

Alüminium qəfəsli portativ «BeoPlay A1» dinamiki Bluetooth vasitəsilə mahnılar səsləndirməklə yanaşı, həmçinin, daxili mikrofonu sayəsində telefon üçün səsgücləndirici rolunu oynayır. On santimetrlik dinamikin aşağı hissəsi «soft-taç» materialı ilə örtülmüşdür və elə orada dəri qayış üçün ilgək yerləşir. Həmin ilgəkdən dinamiki asmaq olar.

Düymələr çox deyil: bir tərəfdən — işəsalma və səsin tənzimlənməsi düymələri, digər blokda — Bluetooth ilə qoşulma düyməsi, zənglərin idarə olunması və pauza/yenidən işəsalma funksiyasını yerinə yetirən B&O Connect düymələri yerləşir. Həmçinin, bu düyməni dinamik ən son işlədiyi cihaza qoşulur. Tutumu 2200 mAs olan daxili akkumulyator 24 saat ərzində fasiləsiz musiqini təmin edir.