Beosound 1: Seçim azadlığı
19 Avqust 2019 19:27
BeoSound 1 – effektli səsi 360 dərəcə yayan portativ naqilsiz akusemdir. Bu cihaz möhkəm alüminium korpusa, inteqrasiya olunmuş Spotify, Deezer, QPlay və TuneIn çıxışına, səfər üçün kifayət qədər akkumulyator enerjisinə, eləcə də, Bang & Olufsen məhsullarını evdə vahid naqilsiz sistemdə birləşdirən Multiroom texnologiyasına malikdir.
BeoSound 1 səsi 360 dərəcə yayır. İşlənib hazırlanma prosesində qabaqcıl modelləşdirmə alətindən istifadə olunmuşdur ki, bu da səsin dinamik vasitəsilə ideal şəkildə yayılmasına imkan verir. Burada dinamikin çevrəsi nəzərə alınır və bu göstəricilər ideal səs panoramasının yaradılması üçün istifadə olunur. Buna görə də, harada olursunuz-olun, audiotəəssürat möhtəşəm olacaq.
«Sadəlik birinci dərəcəli məsələdir, – BeoSound 1 və BeoSound 2 dizaynlarının müəllifi Torsten Valeur demişdir, – biz musiqi alətini xatırladan bir məhsul yaratmaq istəyirdik. Elə bir cihaz ki, onun hər bir detalının öz təyinatı olsun – yəni, gözəl musiqini yaysın».
Hazırda, hətta Piano Black rəngində məhdud sayda buraxılır. Piano Black rəngli BeoSound 1 cihazı hər baxımdan mükəmməldir. Cilalama, anodlaşdırma və sonra yenə də cilalama – möhkəm alüminium korpusun işlənməsi çox vaxt tələb edir. Axı bu proses öz həndəsi dizaynı və nəfis silueti ilə diqqəti cəlb edən qara rəngli səthin yaradılması ilə nəticələnir.
Harada istəsəniz, quraşdıra bilərsiniz. Nəyi istəsəniz, səsləndirə bilərsiniz. Məhdudiyyətsiz möhtəşəm universallıq və portativlik.