AZ

«Beosound Shape»

19 Avqust 2019 19:24

Altıbucaqlı – təbiətdə qar dənəciklərindən arı şanına qədər ən geniş yayılmış formalardan biridir və həm də təkrarlanan və çoxalan struktur kimi gözəl görünür. Hər bir audiosistem unikaldır və bu sonsuz variasiyalarda təbii gözəllik təcəssüm olunur. 

«BeoSound Shape» cihazını təkcə funksional əşya kimi qəbul etmək lazım deyil. «Bang & Olufsen» tərəfindən xüsusi olaraq seçilmiş yüksək keyfiyyətli parçalar, o cümlədən, «Kvadrat» brendinə aid yun parçalar sayəsində musiqinin yaratdığı təəssürat daha da təsirli və estetik olur. İki eyni konfiqurasiya tapmaq çətindir, ancaq onlardan hər biri, heç şübhəsiz, hər bir otaqda və hər bir divarda uzunömürlü vizual art-obyekt olacaq.