AZ

«Breguet» brendindən yenilik

19 Avqust 2019 19:29

2017-ci ildə «Breguet» brendi Marine məhsul çeşidinə yeni estetik tərz verməklə, onun imicini yeniləmişdir. Bu yeni tərz müasirliyi və dinamizmi özündə birləşdirir: qolbağın orijinal ilgəyi, yenilənmiş dalğalı forma, eləcə də, dalğalı dekor və böyük «B» hərfi ilə bəzədilmiş burulan başlıq.

Bu yeni nəsli təmsil edən «Marine 5517» modeli saat şkalasında yerləşən və Roma rəqəmləri ilə işarə olunmuş 3 saatlıq bölgüləri əks etdirir. Rəqəmlər, eləcə də, dəqiqələr və Breguet əqrəbləri lüminisent materialdan hazırlanmışdır. Dəniz mövzusu saniyə əqrəbində dəniz siqnalı bayrağının başqa versiyası olaraq «B» hərfi ilə işlənmişdir.

«Breguet Marine 5517»

3 modelinin bir neçə variantını – ağ qızıldan, çəhrayı qızıldan və titandan olan variantlarını təqdim edir. Titan müstəsna keyfiyyətlərinə, eləcə də, korroziyaya və duzlu havaya qarşı dayanıqlılığına görə seçilmişdir. O, həm də yüngül və xüsusən möhkəm materialdır. Titandan hazırlanmış versiya şüa saçan günəş formasında göyümtül-boz siferblata malikdir. Ağ və çəhrayı qızıldan olan modellərin siferblatlarında gilyoşlu «dalğa» naxışı yer alır ki, bu da həmin saatın məhz hansı kolleksiyaya aid olduğunu aşkar şəkildə göstərir. Avtomatik qurulan bu modelin dəniz ruhu arxa hissədə, yəni, ayrıca rotorun gəmi sükanı formasında dizayn edildiyi hissədə də hiss olunur. Arxa qapaqda sapfir şüşədən görə biləcəyiniz mexanizm qilyoş materialdandır və göyərtəni xatırladır.

Bütün bu «Breguet» modelləri üçün müxtəlif qayış variantları təklif olunur. Modeldən asılı olaraq, qəhvəyi və ya göy dəri qayış istifadə edilir, idman tipli modellərə üstünlük verənlər isə, kauçuk qayış seçə bilərlər.