Carpets Butik
19 Avqust 2019 18:27
Əsl İran xalçası dəbin töhfəsi deyil, əksinə, bu məmulatlar dəbdən kənardır, dəbin təsirinə və keçib gedən kaprizlərinə yenilməyib.
«İranın Sərv ağacı», «Türkiyənin paxlası», «Şərqin xiyar bitkisi» – bütün bunlar buta ornamentinə verilən adlardır. Sağ tərəfə meyillənmiş buta naxışı- kişi başlanğıcının, sol tərəfə meyillənmiş buta naxışı isə- qadın başlanğıcının simvoludur.
Qum şəhərindən əl işi olan xalça almaq müstəsna gözəlliyə və keyfiyyətə sahib olmaq deməkdir. Qum xalçalarının xüsusiyyətlərinə misal olaraq, ənənəvi ornamentlərin olmamasını göstərmək olar, belə ki, yerli sənətkarların işləri ənənələrlə məhdudlanmır.
İsfahan xalçaları fars xalçaları arasında ən nəfis və zərif xalçalardır. Bu gün min il əvvəl olduğu kimi, bu xalçalar ən adlı-sanlı və zəngin insanların evlərini bəzəyir.