AZ

«Christofle» dizayn sənəti

20 Avqust 2019 17:40

1830-cu ildə əsası qoyulduqdan sonra «Christofle Evi» zamanla ayaqlaşmaq üçün öz metodlarını müasirləşdirərək unikal məharətini daha da inkişaf etdirmişdir. Dizayner və ya rəssamların yaradıcılığının məhsulu, təkrar nəşr, tarixi reproduksiya və yaxud da adaptasiya edilmiş məhsullar olmasına baxmayaraq, «Christofle» brendinin müstəsna məhsulları gözəl gümüş emalatxanasında hazırlanır. Həmin emalatxana şirkətin Normandiya, Yanvilldəki istehsal müəssisəsinə inteqrasiya olunmuşdur.

«Christofle» «MOOD» kolleksiyası ilə iki əsrlik ənənəsini ən yüksək zirvələrə qaldırmışdır. Bu, misilsiz bir kolleksiyadır və yeni və cəsur həyat tərzini əks etdirir. Sadə istifadə imkanı və nəfis dizaynı ilə, «MOOD» qonaqlar, eləcə də, planlaşdırılmamış və ya bayram ziyafətləri üçün masanın mərkəzində mühüm əhəmiyyət kəsb edir. «Christofle Evi»nin «MOOD» kolleksiyasına daxil olan məhsullar mətbəxə və ya qonaq otağına təravətli rənglər bəxş edən dekorativ əşya kimi düşünülmüşdür.

Nəfis qablar oval formalı futlyarda saxlanılır. Həm futlyar, həm də qablar gümüş və ya qızıl ilə örtülmüşdür. «Christofle» brendinə aid qapalı futlyar otaqda bəzək rolunu oynaya bilər – orijinal qızıl və ya gümüş yumurta bütün müasir interyerlərə ideal şəkildə uyğun gəlir.