AZ

«CHRISTOFLE»: Öz məclislərinizi «CONCORDE» dəstləri ilə bəzəyin

20 Avqust 2019 17:38

Masa dəstlərinin və gümüş məmulatların məşhur Fransalı istehsalçısı «Christofle» yeni «Concorde» dəstini təqdim edir. Bu dəst kosmopolitik cizgiləri və cəsur gümüş təraşlama konsepsiyasını özündə birləşdirir.

24 predmetdən ibarət altı nəfərlik dəst futlyarda qablaşdırılmışdır. Futlyar Parisdə 19-cu əsrin sonlarından etibarən brendin məkanı olan «Roy Royale Christofle’s» butikinin yaxınlığında yerləşən Razılaşma meydanı formasındadır.

Paslanmaz poladdan olan parıltılı və mat səthlərin bir-birini əvəzləməsi işıq və kölgənin möcüzəli oyununu yaradır. Metal futlyarın açıq rəngli palıd ağacından hazırlanmış daxili bəzəyi ilə uyğunlaşır.

«Christofle» istehsalı olan «Concorde» masa dəstlərindən ibarət kolleksiya gözəllik, funksionallıq, eleqantlıq və novatorluq kimi xüsusiyyətləri özündə birləşdirir.

Bu ansamblın paslanmaz poladdan olan eleqant müasirliyi və palıd aksentləri «Concorde» məhsullarını sizin mühüm anlarınız üçün ideal kompanyona çevirir.