AZ

«Golden Deco» kapsul çeşidi

«Golden Deco» kapsul çeşidi

19 Avqust 2019 18:25

Bu kolleksiyada əsas yeri «Golden Deco» kapsul çeşidi tutur. Həmin məhsulun əsas dekorativ motivi ayıdöşəyi yarpaqlarıdır. Zərif əl işi olan naxış hamar jakkard parçanı bəzəyir, qızıl isə, antik və klassik sənəti andırır. Bu seriyaya aid hamam və qonaq otağı dəstləri iri və miniatür naxışlarla bəzədilmişdir, bütün məhsul çeşidi isə, təzad yaradan krujevalı kənarları və ipək üzərində samur xəzi ilə brendin ev geyimləri: gecə köynəkləri, xalatlar və pijamalar ilə ideal şəkildə uyğunlaşır.

Yataq dəstləri və interyer əşyaları istehsal edən bu şirkətn əsası 1860-cı ildə İtaliyada qoyulmuşdur. Montse və Milan şəhərlərindəki fabriklərdə məharətli ustalar komfort və keyfiyyətin simvolu olan məhsullar yaratmaq üçün ancaq ən yaxşı parçalarla işləyirlər. Şıq və orijinal dizaynı, xüsusi işləməsi ilə tanınan italyan tekstili Londondakı «Claridge’s» mehmanxanasından Nyu Yorkdakı «The Peninsula» mehmanxanasına qədər bir çox nüfuzlu mehmanxanalarda, eləcə də, yaxta və şəxsi təyyarələrdə istifadə olunur.

Tarixən «Frette» yataq dəstləri Müqəddəs Pyotrun bazilikasından əfsanəvi Şərq Ekspresinin vaqon- restoranına qədər hər yerdə istifadə edilmişdir. Eləcə də, 500-dən çox Avropa xanədanı bu markaya aid döşəkağılarında yatmışlar. Bu gün «Frette» brendinin bütün dünyada 100-dən çox butiki var.