AZ

«Graff» brendİnİn ürək formali zərgərlİk məmulatlari: sevgİnİ etİraf etməyİn İdeal yolu

19 Avqust 2019 18:53

Yarım əsrdən artıqdır ki, «Graff» yüksək zərgərlik sənətinin zirvəsindədir və qüsursuz və nadir brilliantları taparaq və üzərində işləyərək, torpağın gizli möcüzələrini ürəkləri fəth edən və riqqətə gətirən zinət əşyalarına çevirir.

Şirkətin əsası Britaniya İmperiyası Ordeni ilə təltif edilmiş kavaler və şirkətin baş direktoru Lourens Qraff (Lourensin oğlu), eləcə də, dizayn, merçandayzinq və istehsal proseslərinə rəhbərlik edən ailənin digər iki üzvü tərəfindən 1960-cı ildə qoyulmuşdur.

Graff dünyada ürək formasında ən gözəl brilliantların və qiymətli rəngli daşların müəllifi kimi tanınır. Şirkətin əsasını qoymuş Lourens Qraffın sevdiyi bu romantik siluet onun brilliantlara olan sonsuz sevgisini əks etdirir.

«Uzun illər əvvəl mən ürək formasında brilliant boyunbağı yaratmaq qərarına gəldim və o bizim yaradıcılığımızın leytmotivinə çevrildi – indi biz ürək formasında olan daşlardan bir çox unikal zinət əşyaları hazırlayırıq», – deyə Lourens Qraff söyləyir; «Bu elə gözəl bir formadır ki, həm sizin, həm də onu bağışlayacağınız şəxsin ürəyini ovsunlayacaq».«Graff» brendinə aid bir çox zərgərlik məmulatlarında ürək formalı unikal brilliantlardan istifadə olunmuşdur. Məsələn, bir brilliant qaşdan ibarət unikal «Graff» üzüyü insanın həyatının ən vacib təklifi üçün ideal romantik jest ola bilər.

Ürək formalı brilliantların çərçivəyə alınması və cilalanması ideal simmetriyasına və mürəkkəb siluetinə görə yüksək məharət tələb edir. «Graff» brendinə aid ürək forması uzun illər ərzində təkmilləşdirilmiş dairəvi və dolğun konturlarla ideal şəkildə balanslaşdırılmışdır.

Öz zəngin tarixi boyunca «Graff» nadir brilliantlar sahəsində dünya liderinə çevrilmişdir. «Graff» zərgərlik məmulatlarından ibarət kolleksiyalar və yüksək keyfiyyətli unikal qiymətli daşlar hər bir daşın gözəlliyini vurğulamaq üçün «Graff» ustalarının xüsusi dizayn metodları ilə işlədikləri London atelyesində hazırlanır. Bu şəxsi yanaşma Zərgərlik Evi tərəfindən hazırlanan toy zinət əşyalarında, o cümlədən, unikal nişan üzükləri kolleksiyasında tətbiq edilir.