«Graff» xəzinəsi
19 Avqust 2019 18:52
Qadının qulaqlarını bəzəyən bu qiymətli zinət əşyası hələ indiyə qədər bu dərəcədə yaradıcılıqla tərənnüm olunmamışdı. İşıqda bərq vuran brilliant qaşlı valehedici sırğalardan çox üz cizgilərini nə vurğulaya bilər?
"Gözəl sırğalar qadının gözləri kimidir, dərhal diqqəti cəlb edir, qadının üzünü işıqlandırır və qadın sanki bərq vurur," – «Graff» brendinin dizayn üzrə direktoru Anna-Eva Ceffroy Londonda divarları quaşla rənglənmiş işıqlı atelyesində belə deyir. Ceffroyun ətrafındakı qiymətli daşlar isə, növbəti «Graff» xəzinəsinə çevriləcəkləri günü gözləyirlər.
«Lourens Qraff» brendinə aid bir sıra zinət əşyalarının yaradılmasında müəllif Say Tvomblinin müasir sənət üslubunda hazırlanmış bədii kolleksiyasından ilham almışdır. Rəssamın incə obrazları baget üsulu ilə təraşlanmış və onun kalliqrafik üslubunu əks etdirən brilliant və yaqutların sonsuz burulğanında yenidən canlandırılmışdır.
Heyrətamiz dizayner sənətini və texniki ustalığı bir araya gətirən «Graff» hər biri öz gözəlliyi ilə insanı valeh edən unikal zinət əşyaları yaradır. Bərq vuran damcılar və sensasion çoxqatlı halqalar, parlaq rənglər və qeyri-adi formalar – rəngarəng dizayn formaları heç bu qədər cəlbedici olmamışdı.