In Focus DP
19 Avqust 2019 19:44
«Brilliantlar – mənim köklərim və təcrübəmdir. Mən öz zərgərlik brendimi yaratmaq qərarına gələndə istəyirdim ki, mənim hazırlayacağım brilliantları gündəlik həyatda taxmaq mümkün olsun. Mən effektli, gündəlik və sadə istifadə oluna bilən məmulatlar istəyirdim», – təsisçi, baş direktor və kreativ direktor Valeri Messika deyir.
Müasir zərgərlik evi «Messika» 2005-ci ildə Parisdə Valeri Messika tərəfindən yaradılmışdır. O, Fransada brilliant biznesi sahəsində ən uğurlu biznesmenlərdən biri Andre Messikanın qızıdır.
On üç il müddətində Valeri Messika öz zərgərlik evini və beynəlxalq brend yaratmaqla bərabər, həmçinin brillianta olan münasibəti dəyişmişdir. Qadın vücudunu vurğulayan çevik və erqonomik zərgərlik məmulatları yaratmaqla, o, brilliantlar üçün orijinal dil kəşf etmişdir. Onun nüfuzu və təcrübəsi imkan verir ki, «Messika» brendində yeni bir səhifə açsın.
2017-ci ilin sonunda brend çox vacib bir mərhələdən keçdi, belə ki, «Move» kolleksiyasının 10 illik yubileyi qeyd edildi. Qiymətli əşyaların on illiyinin şərəfinə Valeri Messika ən tanınmış fiqurlardan biri olan Cici Hadidlə müstəsna əməkdaşlığa başladı.
Hazırda «Messika» brendi dünyanın 60 ölkəsində 358 ticarət nöqtəsinə malikdir. 2013-cü ildə bu Zərgərlik Evi Parisin ən təmtəraqlı küçələrindən biri olan Sent-Onoredə ilk dükanını açdı. 2018-ci ilə qədər «Messika» 8 dükan daha açmağı planlaşdırır. Bakı şəhərində bu brend «Elluxus Baku» və «Royal Collection» butiklərində satılır.
Hazırda Valeri Fransada öz zərgərlik evi olan yeganə işgüzar xanımdır. O, bu sahənin qabaqcılıdır və brilliant zinət əşyalarının dizaynı sahəsində hüdudları daha da genişləndirir.