AZ

Jaquet Droz

19 Avqust 2019 19:31

280 illik yubileyi münasibətilə «Jaquet Droz» sizi qeyri-adi dizaynı, nəfis materialları və unikal saat texnologiyalarını özündə birləşdirən eksklüziv məmulatlarda öz əksini tapmış Zamanın sehrli cazibəsini hiss etməyə çağırır.

«Grande Seconde Moon Black Enamel» : «Ayın tərənnümü»

Bu il cəsur ideyalar, avanqard estetika və yenilikçi yanaşma «Jaquet Droz» brendinin «genetik kodunun» ayrılmaz tərkib hissəsinə çevrilmişdir və «Grande Seconde» kolleksiyasında öz əksini tapmışdır. «Jaquet Droz» brendinin 280 illik ildönümündə ən birinci əfsanəvi modelə xüsusi diqqət yetirilmişdir.

Saatlar – səma estestikasını və əsrlərin sənətkarlığını özündə birləşdirir və səma cisimlərinə həsr edilmişdir. «Grande Seconde Moon Black Enamel» saatları elə bir zamanı xatırladır ki, o vaxtlar insanlar ayın görünən hissəsində baş verən dəyişikliklərə görə ayların bir-birini əvəz etdiklərini anlayırdılar.

«Grande Seconde» çeşidinin qara minadan hazırlanmış siferblata malik yeni modelinin premyerası «Baselworld 2018» salonunda keçirilmişdir və bu model bütün saat ustalarının sevimli səma cismini tərənnüm edir. Belə ki, bu modeldə əlavə mürəkkəb funksiya – ay fazasını göstərən mexanizm var, bu isə, Ayın və Yerin əsrarəngiz əlaqəsini xatırladır.

«Jaquet Droz» brendinin insanı heyran qoyan yeni şah əsəri bizə xatırladır ki, saat sənəti insanın səma cisimlərinin hərəkət mexanizminə yeni yanaşmasından sonra meydana gəlmiş, bu isə, daha sonralar vaxtın ölçülməsi sisteminin kəşf edilməsi ilə nəticələnmişdir.

«Grande Seconde Skelet-One»: Mexanikanın tərənnümü

Əfsanəvi saatların yeni interpretasiyası olan «Grande Seconde Skelet-One» modelinin mexaniki konstruksiyası tam mənası ilə işıq saçır.

Bu Saat Evinin tarixində baş vermiş radikal tərz dəyişikliklərini əks etdirən «Grande Seconde Skelet-One» modelinin premyerası brendin 280 illiyinin qeyd ediləcəyi tarixlərə təyin edilmişdir.

Bu model şəffaf konstruksiyası ilə bütün məhsul çeşidlərindən fərqlənir. Bu yanaşma parlaq şəkildə işlənmiş körpülər, həmçinin onlar arasındakı boşluq və işarələmələrlə özünü büruzə verir. Saatlar, dəqiqələr və saniyələr yeni şəffaf dizayn fonunda parlaq şəkildə özünü büruzə verir.

«Grande Seconde Ceramic Clous de Paris» : Səmanın tərənnümü

«Grande Seconde» kolleksiyası xətlərin gücünü və aydınlığını özündə birləşdirən yeni saat mexanizmi ilə müasir saat istehsalını dəyişdirir. Brendin məşhur modeli «Clous de Paris» mavi işləməsinə malik qara keramik versiyada təqdim edilmişdir. Siferblatı «Jaquet Droz Evi» nin əsas simvolu olan əfsanəvi səkkiz rəqəmi bəzəyir. Burada Roma və ərəb vaxt işarələri yer alır.

Korpusun və siferblatın hazırlandığı keramika materialı inanılmaz dərəcədə uzunömürlü və cızıqlara qarşı dayanıqlı olmaqla bərabər, vaxt keçdikcə, öz parıltısını və rəngini qoruyub saxlayır, çünki saat sonsuzluq deməkdir.

«Lady 8 Petite»: Qadın incəliyinin və eleqantlığının tərənnümü

Diametri cəmi 25 mm olan yeni «Lady 8 Petite»modeli beş ayrı versiyada buraxılmışdır və bütün müasir tendensiyalara cavab verir. Belə ki, müasir tendensiyaya görə, bu saatın buzov dərisindən olan qara və ya göy rəngli qayışı biləyə iki dəfə dolanır.