AZ

«L’EPEE 1839» – stolüstü saatların istehsalında birinci yerdə olan isveçrə manufakturası

«L’EPEE 1839» – stolüstü saatların istehsalında birinci yerdə olan isveçrə manufakturası

19 Avqust 2019 17:43

Artıq 175 ildən çoxdur ki, «L'Epée» saat istehsalında ilkin mövqeyini qoruyub saxlayır. Hal-hazırda bu manufaktura İsveçrədə High-End sinfinə aid olan stolüstü saatların istehsalı üzrə ixtisaslaşmış yeganə manufakturadır. «L'Epée» şirkəti 1839-cu ildə Ogüst L'Epé tərəfindən fransız şəhəri Bezansona yaxın ərazidə yaradılmışdır. İlk vaxtlar şirkət musiqili mücrülər və saat detalları istehsal edirdi. «L'Epée» firma nişanının olması mexanizmin istisnasız bütün hissələrinin əl ilə hazırlandığına dəlalət edirdi.

1850- ci ildən etibarən manufaktura «hərəkətverici platformaların» və zəngli, stolüstü və musiqili saatların işə salma nizamlayıcılarının hazırlanması sahəsində liderliyini qoruyur. Artıq 1877- ci ildən , o, hər il 24 000 belə hərəkətverici mexanizm istehsal edir. Manufaktura tədricən, zərbəyədavamlı, özüişədüşən, daimi hərəkət gücünə malik olan – patentləşdirilmiş xüsusi konstruksiyalı hərəkətverici bəndlərin istehsalçısı kimi təsdiq olunur, həmçinin həmin dövrün məşhur Saat Evləri üçün hərəkətverici modulların tədarükçüsünə çevrilir. «L'Epée» şirkətinin məhsulları dəfələrlə beynəlxalq sərgilərdə «qızıl» qazanmışdır.

XX əsrdə nüfuzlu beynəlxalq elita nümayəndələrinin atributuna çevrilən təmtəraqlı stolüstü saatlarına görə «L'Epée» məşhurluq qazanır. Fransız hökuməti məhz bu markanın saatlarını dəfələrlə öz yüksək vəzifəli qonaqlarına təqdim etmişdir. 1976 –cı ildə, səsdən sürətli «Konkord» təyyarəsi ticari istismara verildikdə, onun salonu «L'Epée» divar saatları ilə təchiz edilmişdi. 1994- cü ildə, «L'Epée » şirkəti dünyanın müvazinətləşdirilmiş kəfgirli ən böyük stolüstü saatını istehsal etməklə, növbəti dəfə ən yeni texnologiyalara olan marağını nümayiş etdirdi. Onun hündürlüyü 2,2 m, çəkisi isə 1,2 ton təşkil edirdi, belə ki, təkcə mexanizmin ağırlığı 120 kq idi. Sözügedən modelin hazırlanmasına 2800 insan saatı sərf edilmişdi.

Hal-hazırda «L'Epée» manufakturası Yura dağ massivinin İsveçrə hissəsində , Delemonedə yerləşir. «L'Epée 1839» şirkətinin mütəxəssisləri icraçı direktor Arno Nikolanın rəhbərliyi altında klassik tərzdə olan mürəkkəb saatların geniş çeşidini, müasir dizaynlı modelləri (Le Duel) və minimalizm ruhunda olan avanqard saatları (La Tour) özündə birləşdirən nadir stolüstü saatlar kolleksiyasını işləyib hazırlamışlar. «L’Epée» istehsalı olan saatlarda əks tərəfə gedən saniyə əqrəbi, hərəkət ehtiyatı indikatoru, daimi təqvim, turbiyonlar və dəqiqə repetirləri kimi mürəkkəb funksiyalar tətbiq edilmişdir. Bütün bunlar tamamilə manufaktura daxilində işlənib hazırlanmışdır. Olduqca böyük hərəkət ehtiyatı və təmtəraqlı haşiyə «L’Epée» saat məmulatlarının firma xüsusiyyətlərinə çevrilmişdir.