Lladro
19 Avqust 2019 17:52
Effektiv istehsal və ticari imkanlarına baxmayaraq, «Lladro» bədii emalatxana olaraq qalmaqdadır. Onun məhsulları dünyanın ən böyük muzeylərində nümayiş olunur: Sankt-Peterburqda Ermitaj, Brüsseldə Əlliillik Muzeyi, Faensada (İtaliya) Beynəlxalq Keramika Muzeyi, Valensiyada Qonsales Marti adına Milli Keramika Muzeyi. Bütün Lladro məhsulları ancaq əl işi olaraq istehsal edilir, onların bir çoxu məhdud seriya ilə buraxılır və dünyada cəmi bir neçə nüsxədə mövcuddur.
«Lladro» məhsulları ən yüksək keyfiyyətli möhkəm çinidən hazırlanmışdır. «Lladro» brendinin əsas istiqaməti klassikadır. Daha xarakterik məhsullar pastel çalarlı minalanmış çinidən hazırlanmışdır. Fiqurlar öz eleqantlığı, zərifliyi və inanılmaz plastikası ilə insanı heyrətləndirir. Ancaq, klassika ilə yanaşı, şirkət hər il bir neçə dizayner kolleksiyası da buraxır ki, nəticədə «Lladro» çini məhsulları hər zaman aktual və müasir olaraq qalır. Bunun üçün, «Lladro şirkəti» dünyanın məşhur dizaynerlərini cəlb edir və onların hər biri zəngin və rəngarəng çini dünyasına öz töhfəsini qatır.