AZ

Llardo butik

Llardo butik

19 Avqust 2019 17:46

«Biz istəyirik ki, yaratdığımız işlər zərif, ekspressiv, həyat və duyğu dolu olsun. İstəyirik ki, məhsullarımız həyatın ən yaxşı tərəflərini əks etdirsinlər və müsbət insani dəyərləri göstərsinlər. Biz zorakılığa və qəddarlığa qarşıyıq və insanın həyatında yaxşı nə varsa, onların üzə çıxmasını istəyirik». Bu sözlər XX və XXI əsrlərdə çini məmulatların tarixində müstəsna rol oynamış Lyadro qardaşlarının həyat və fəaliyyətinin mənasını ifadə edir.

Məşhur ispan şirkəti «Lladro»nun çini sənəti möcüzədir və onu ancaq sevgi ilə seyr etmək lazımdır. Məhz o zaman biz çini fiqurları düşüncəli, kədərli, melanxolik, çılğın, romantik, təsirli, uşaq kimi kələkbaz və bahar yelləri ilə sovrulan obrazlar kimi görəcəyik. Onlara sevgi ilə baxdıqda, bu uşaqların daxilindəki sehrli möcüzəni və sadəlövhlüyü daha yaxından görəcək və sevəcəyik. Onlar bizim həyatımızın, hisslərimizin və zövqümüzün şahidi olurlar. Kiçik çini fiqurlar öz zərif və şəffaf səthlərində qaynar sivilizasiyanın izlərini daşıyırlar. Onlar bizdən sonra bizim öyüd-nəsihətimizi uşaqlarımıza və nəvələrimizə çatdıracaqlar. Artıq biz həyatda olmayanda onlar bizi xatırlayacaqlar.

Yüksək temperaturda (1200-13000 dərəcə Selsi) bişirilən və böyük əl əməyi tələb edən çini bu dərəcədə avtomatlaşdırılmış bir dövrdə keçmiş zamanların bir üstünlüyüdür. Bu gün «Lladro» iri manufakturalar arasında hamı tərəfindən qəbul edilmiş və ən möhkəm və ya əsl çini istehsal edən liderdir.

Bu gün «Lladro» brendi bəzəkli «Mademoiselle» kolleksiyasını təqdim etməklə, bir daha diqqətləri özünə cəlb etdi. Kolleksiya qadın fiquru formasında olan dörd asma şamdandan və üç çilçıraqdan ibarətdir. Sehrli işıldaquşların gözəl parıltısından ilham alınaraq yaradılan «Lladró Lighting Fire Fly» kolleksiyası enerji batareyaları ilə çalışan lampalardan və müstəqil işıq diodlu çıraqlardan ibarətdir.