AZ

«Roberto Coin» brendindən təbiətin tərənnümü

20 Avqust 2019 17:43

Hədiyyə və gözəllik simvolu olan çiçəklərə həsr edilmiş kolleksiya olmadan, yəqin ki, «Roberto Coin» Zərgərlik Evinin yaradıcı dünyası yarımçıq qalardı. Bu çiçəkli inci böyük yaradıcılıq buketinin - «Princess Flower» kolleksiyasının bir hissəsidir.

Bu məhsulların hazırlanması üçün «Princess Flower» kolleksiyasına xarakterik olan burulmuş məftil texnikasından istifadə edilir. Bəzi səthlər hamar, digərləri isə, teksturalıdır. Bu da, ətirli çiçək dünyasının rəngarəngliyini bizə nümayiş etdirir. «Princess Flower» ləçəklərinin hər məmulatda təkrarlanan məşhur forması sonsuz çalarların köməyilə dəyişir.

Boyunbağı və qolbaqlar müxtəlif ölçülü çiçəklərin ardıcıl düzülüşü ilə yaradılıb və gül bağçasını xatırladır. Üzük və sırğalar isə, tərz və əhval-ruhiyyənin ulduzu, əzəmət və zənginlik rəmzi olan və qiymətli toxumlardan yetişən tək bir çiçəkdən, yəni brilliant qaşdan ibarətdir.