AZ

«Roberto Coin»dən «Gourmette» kolleksiyası

20 Avqust 2019 17:45

«Roberto Coin» zərgərlik Evinin «Gourmette» kolleksiyası - ənənəvi italyan sənətkarlığına həsr olunmuş sevginin təzahürüdür.Bu kolleksiya üçün səciyyəvi olan sadəlik, adətən, üstünlük və əbədilik kimi iki anlayışın sinonimi olaraq bilinir. «Gourmette» dizaynının kökləri zərgərlik sənətkarlığının tarixinə gedib çıxır, kolleksiya isə müstəqil, qeyri-ənənəvi zərifliyin rəmzi olaraq qalır.

Qadının özü üçün aldığı qiymətli daş, sadəcə bəzək əşyası olaraq deyil, sanki ona yaxın olan əşya, geyimin bir hissəsi kimi nəzərdə tutulmuşdur. «Roberto Coin» hər bir qiymətli daşın şəklini dəyişərək onu yüngül və zərif edən inqilabi prosesin köməyi ilə bu zamansız silueti təkrarən təfsir etmişdir.

Kolleksiya italyan sənətkarlıq ənənələrinə böyük sevgi fonunda müasir yanaşma ilə ərsəyə gəlmişdir. Başqa kolleksiyalarla müqayisədə «Gourmette» kolleksiyasına daxil olan qolbaqlar, sırğalar və üzüklərdə markanın ikili ruhu- bir tərəfdən praqmatik, digər tərəfdən isə hər dəfə yeni yanaşmalar axtarışında olan yaradıcı ruhları daha qabarıq şəkildə təqdim olunmuşdur.

«Roberto Coin»ə məxsus olan bütün bəzək əşyaları özündə müəyyən sirr gizlədir – öz sahibinə firavanlıq və xoşbəxtlik vəd edən qiymətli yaqut daşını üzüyün daxilində tapmaq mümkündür.