AZ

«Roberto Coin» dən «Sauvage Prive»

20 Avqust 2019 17:45

«Sauvage Privé» – 1996- cı ildə yaradılan «Roberto Coin» markasının ən özəl əşyası hesab olunur. Dizaynerin fikrincə, bu, özündə ehtiras və düşüncəni birləşdirən gələcəyin qadınının mücəssəməsidir.

Bu iki cəhət ağ və çəhrayı qızıldan hazırlanmış sırğa, üzük və ağır bilərziklərin üzərindəki həndəsi bəzək elementlərində təcəssüm olunmuşdur. Onlar qarşı-qarşıya və ya yan-yana yerləşdirilmiş əyri abstrakt kublar və ya çıxıntılar şəklində düzəldilmişdir.

Dizayn elementlərinin bir hissəsi brilliantla, digəri – ağ və qara jadeitlə, üçüncü – malaxitlə bəzədilmişdir. Rəng palitrası yetərincə yığcam, məmulatlar isə- minimalist və dəbli alınmışdır.