AZ

«Snaidero» brendindən müasir klassika

19 Avqust 2019 19:21

Memar Massimo Yoza Qini (Massimo Iosa Ghini) «Snaidero» italyan şirkəti üçün yeni modelin dizaynında klassik çizgini müasir nailiyyətlərlə bir araya gətirmişdir. «Kelly» mətbəxi İtaliyanın ən yaxşı ənənələri ilə hazırlanmışdır.

Bürünc və poladdan olan dekorativ elementlər, vitraj şkaflar, mat və parıltılı üzləmə – bütün bunlar daha əvvəl Massimo Yoza Qini tərəfindən «Snaidero» üçün hazırlanmış populyar «Frame» (2014) mətbəxinin cizgiləridir. Qini deyir: ««Kelly» mətbəxini hazırlayarkən mən sosial səhifələrdə layihənin konkret detalları ilə əlaqədar istifadəçilərlə sorğu apardım və bir çox insan mənə qiymətli məsləhətlər verdilər. Bəziləri dəstəkləri çıxarmağı tövsiyə etdilər, çünki əvvəlcə «Kelly» şkaflarında və yeşiklərində dəstəklər olmalıydı. Başqaları isə, daxili təchizata dair mənə məsləhət verdilər. Vizual təsir - məhsulun yaratdığı təəssüratı saxlamaq mənim üçün vacib idi».

Snaidero fabrikinin istehsalı olan «Kelly» mətbəxi gündəlik yeməkbişirmə prosesini maraqlı bir işə çevirmək üçün yaxşı imkandır. Müasir hissələr, Avstriya istehsalı olan furnitur, yaddaqalan dizayn – Snaidero fabrikinin istehsalı olan italyan mətbəxləri bu keyfiyyətləri ilə bilinir.

Bu model prestiji və memarlıq ənənələrini yenilikçilik və müasir dizayn tendensiyaları ilə birləşdirir. «Kelly» mətbəxinin effektiv formaları hətta ən kiçik detallarda belə, öz əksini tapmışdır. Kontrast rənglərdə olan zərif dekorasiya elementlərinə malik çərçivəli fasadlar qapılara dərin və valehedici görüntü bəxş edir. Mətbəxin klassik fasadına müasir əlavə kimi, dəstəklər çıxarılmışdır. «Kelly» mətbəxinin əsas elementi orijinal formaya malik havasorucu aspiratordur. O, bürüncdən və ya paslanmaz poladdan hazırlanmışdır. Aspirator metallik çərçivə ilə dekorasiya olunmuşdur ki, həmin çərçivə bar sütununun üzlənməsində də istifadə edilir. Bu, kompozisiyanı birləşdirməyə və klassik tərzdə müasir tendensiyaların parlaq aksentlərini vurğulamağa imkan verir. Bütün bunlar «Kelly» mətbəxinin üstünlükləridir. Mətbəxin yumşaq cizgiləri müasir çalarlar və mükəmməl harmoniya ilə istənilən məkana ideal şəkildə uyğunlaşır.