«Tag Heuer»: «təzyİqlərə yenİlmə!»
19 Avqust 2019 19:46
«CARRERA»: «ANCAQ İRƏLİ!»
1963-cü ildə Cek Xoer dünyada ən təhlükəli yarış kimi bilinən «Carrera Panamericana»nın şərəfinə «Carrera» saatlarını yaratdı. Müəllifin ilham aldığı avtomobil yarışları kimi həyəcanlı olan bu saatlar saat sənətinin stereotiplərini dağıdaraq, peşəkar pilotlar üçün işlənib hazırlanmış ilk xronoqraf oldular. Ancaq, lakonikliyi, eleqanlığı və göstəricilərin sayılmasını asanlaşdıran xüsusiyyətləri ilə, bu saatlar həmçinin istənilən yol şəraiti və həyat situasiyası üçün də uyğun sayılırdı. «Cek Xoer» saat dizaynının qayda-qanunlarını devirdi, «TAG Heuer» brendi isə, həmin vaxtdan dəb və funksionallığı özündə birləşdirir.
«AQUARACER»: «DƏRİNLİKLƏRƏ SİRAYƏT EDİN!»
1895-ci ildə ilk sukeçirməyən saat korpusunu patentləşdirdikdən sonra, dənizləri fəth etməkdə davam edirik və insanları bu saatın adi modelləri ilə okeanda 100 metr, Aquagraph modeli ilə isə, 1000 m dərinliyə qədər göndəririk. Qolbağın ilgəyindəki unikal ikiqat kilid və bir istiqamətdə fırlanan bezel təsadüflərə qarşı etibarlı təminat rolunu oynayır, buna görə də, siz qorxmadan riskə gedə və sizi heç bir situasiyada yarı yolda qoymayacaq saatınızın yüksək dəqiqliyinə güvənə bilərsiniz.
«FORMULA»: «SÜRƏTLƏNİN!»
«Formula 1» kolleksiyası yarış yollarında və bu yollardan kənarda hökm sürən yüksək sürət üçün işlənib hazırlanmışdır. Bu kolleksiyada «Formula 1»in təsiri ilə yaradılmış qabaqcıl texnologiyalardan istifadə olunur, buna görə də, dünya yarış çempionları bu saatları böyük məmnuniyyətlə taxırlar. Peşəkarlar üçün kifayət qədər möhkəmliyə malik «Formula 1» saatları məhz bu rəngarəng kolleksiya üçün hazırlanmış tam yeni keramik materialı sayəsində gündəlik istifadə üçün də rahatdır.
LINK: «ÖZÜNƏMƏXSUSLUĞUNUZU QORUYUB – SAXLAYIN!»
Bu nəfis və funksional saatlar avanqard dizaynın və əbədi eleqantlığın təcəssümüdür. Dördüncü nəsil əfsanəvi dizayner Eddi Şepfer tərəfindən yaradılmış klassik tərzdədir və çox rahat «TAG Heuer» bilərziyi ilə birlikdə təqdim edilir. Həmin bilərzik indi daha da effektiv və eleqantdır. Mürəkkəb və zərif quruluşu və dəbdəbəli detalları sayəsində bu saat komfort və tərzin daimi simvoluna çevrilmişdir.