AZ

Utopia brendi Bakıda!

19 Avqust 2019 17:45

«Utopiya» – yunan sözü olub, «insanların ən yaxşı səylərinin nəticəsi olan ideal və nadir fəlsəfi ölçülərin, ideal mövcudluğun mümkün olduğu ada, məkan» mənasında başa düşülür. Uzun illər ərzində «UTOPIA» zinət əşyaları beynəlxalq uğur qazanmış, marka isə dəb, dizayn və zərif dəbdəbənin sinoniminə çevrilmişdir.

Hal- hazırda «UTOPIA» kolleksiyası yalnız Şimali Amerikada və Avropada deyil, həmçinin Yaxın Şərq və keçmiş Sovet İttifaqı ölkələrinin böyük şəhərlərində də «UTOPIA» kolleksiyası məmulatlarından zövq alırlar və burada marka məhsulları üslubu və keyfiyyəti ilə şöhrət qazanmışdır. «UTOPIA» zinət əşyalarının ərsəyə gəlməsi uzunmüddətli təcrübələr və tədqiqatlar prosesinin nəticəsidir.

Dizayn estetik italyan intuisiyası ilə sıx bağlıdır. Qızıl, almaz və mirvari kimi xammal materialları mütəxəssislər tərəfindən əsaslı surətdə seçilir. Mirvari təbiətin yaratdığı kimi saf saxlanılır. «Mirvarinin ürəyi var və onların hər biri qeyri-adidir. Biz istəyirik ki, bu qeyri-adilik bizim kolleksiyamızda canlansın», - Anna Qayya, «UTOPIA»nın baş direktoru deyir. İstehsal öz işini ehtiyatla görən və detallara böyük səliqə ilə yanaşan italyan zərgərlər tərəfindən həyata keçirilir.

Bütün bunlar sayəsində, «UTOPIA», özünəməxsusluğu ilə seçilən, emosiyaların rəmzinə çevrilmiş, nəsillərə ötürülə bilən zərgərlik məmulatları yarada bilir. UTOPİA zərgərlik kolleksiyaları – bəsit, lakin mürəkkəb üslubu olan məşhur italyan sənətkarlığının nəticəsidir; zinət əşyalarının gözəlliyini və onu taxan insanın gözəlliyini əks etdirən, klassika və müasirliyin harmoniyalı ahənginin təzahürü budur.

«UTOPIA» kolleksiyası – zərifliyin zamansız rəmzinə çevrilən klassikanın müasir təfsiri hesab oluna bilər.