AZ

Valehedici «Lalique» ətri

19 Avqust 2019 18:33

Müasir dövrün macəraçısı

Xarizmatik, eleqant, həqiqi… «L’Insoumis» tendensiyaları izləmir, o, özü tendensiya yaradır.

Kişilər üçün hazırlanan bu yeni ətir ilə «Lalique Evi» Rene Lalikin yaradıcı ruhuna öz ehtiramını bildirmişdir. Zərgərlik sənətində, şüşə məmulatlarda və ətirlərdə köklü dəyişikliklər etmək üçün çətinliklərə sinə gərmiş yaradıcının özü kimi, «L’Insoumis» ətri də öz obrazına və oxşarlığına görə müstəqil və dayanıqlı, asi və öncül: macəraçıdır.

«Le Tourbillon» («Dövran»), bu, əbədi hərəkətdə olan motivdir

Ruhun azadlığını təcəssüm etdirmək üçün, flakon qıvrım yarpaqlarını açan ayıdöşəyi bitkisi ilə bəzədilimşdir. 1926-cı ildə əfsanəvi «Tourbillons» vazasında əks olunmuş və Rene Lalikin işlərində təkrarlanan bu motiv həmin vazanın, demək olar ki, yüz il əvvəl hazırlanmasına baxmayaraq, müstəsna dərəcədə müasir qrafika olaraq qalır.

Son dərəcə müasir flakon

Mücərrəd və metaforik tərzlərin ideal balansını əks etdirən «L’Insoumis» flakonu onun cizgilərinin modernist qrafikası və ornamentinin dəbdəbəsi arasındakı təzada əsaslanan incə oyundur: buradakı ayıdöşəyi bitkisinin xüsusi tərz verilmiş qıvrımları əsrarəngiz meşənin möhtəşəm ağaclarını xatırladır.

Ciddi və eleqant, mat qara rəngli futlyar yan tərəflərdə «Tourbillons» motivli rəsmlərlə bəzədilmişdir ki, bu da unikal flakonun dekorunu xatırladır. Futlyarın mərkəzindəki təzad yaradan parlaq gümüşü lent «L’Insoumis» ətrinin adını əks etdirir.

İz salınmamış cığırlardan uzaqda bitən «ayıdöşəyi bitkisi»

Flakonun dizaynı üçün ilham qaynağı olan ayıdöşəyi bitkisinin açılan yarpaqları motivlə həmahəng olub, təbiəti və ucsuz-bucaqsız düzənlikləri xatırladır. Bu ətir üçün cığır düşməmiş yollardan istifadə etməklə şleyf yaratmaq lazım idi və təzadlarla dolu həmin kompozisiya üçün isə, Fabris Pelleqrin kişi ətirlərində istifadə olunan ən təmiz və təsirli cövhərləri seçmişdir.

İmpulsiv, intensiv və elə ilk notlardan gözlənilməz olan reyhan «L’Insoumis» ətrinin güclü xarakterindən xəbər verir; berqamotun tünd və məxməri rom çalarları reyhanın güclü təravətini vurğulayır və bunlar birlikdə mükəmməl kontrapunkt yaradırlar. Məhz şleyfdə «L’Insoumis» ətrinin gücü özünü çılğıncasına büruzə verir.