AZ

Yeni «CoinCasa» salonunun qapıları açıldı

19 Oktyabr 2019 18:28

Hamının sevdiyi və ev üçün bütün zəruri malların təqdim edildiyi «CoinCasa» salonu öz müştərilərinə daha da yaxınlaşdı. İkinci «CoinCasa» dükanı Nizami küçəsi, 159 ünvanında açıldı.

«CoinCasa» – İtaliyanın ev dekoru və ləvazimatları brendidir. 50 ildir ki, bu şirkət interyer üçün italyan aksentinə malik əşyalar istehsal edir. Orijinal şəkildə hazırlanmış və unikal keyfiyyətə malik qablar, tekstil, yataq dəstləri və ev aksesuarları bir-biri ilə ideal şəkildə uyğun gəlir və rahat atmosfer yaradır.

«CoinCasa» İtaliya brendi öz unikal tərzi sayəsində, eləcə də, fərqli əhval-ruhiyyələri və tendensiyaları birləşdirərək, ev dekoru sahəsində əsl etalona çevrilmişdir. Yüksək keyfiyyətli materiallar, bir-birinə uyğun gələn detallara diqqətlə yanaşılması müasir eleqantlıq yaradır ki, bu da sizin interyerinizə təkrarsız tərz bəxş edir. 50 illik təcrübə, peşəkarlıq, məharət və mükəmməl innovasiyalar. “CoinCasa” italyan həyat zövqünü yaradıcılıqla birləşdirir. Brend «Sərfəli qiymətə Avropa keyfiyyəti!» şüarının təcəssümüdür.