AZ

«Villeroy & Boch»un zərif üslubu

«Villeroy & Boch»un zərif üslubu

19 Avqust 2019 17:34

«Villeroy & Boch»un «Anmut Rosewood» qab-qacaq kolleksiyası 50-ci illərin tərzində işlənmişdir. Məmulatların kənarı tünd-qırmızı rəngli nazik haşiyə ilə bəzədilmişdir. Təqdim olunan qab-qacaq sümük farforundan hazırlanmışdır və dümağ hamar səthi, dairəyə alınmış kənarları ilə seçilir. Sözügedən material yüksək davamlılığa və az qalınlığa malikdir.
Bu qab-qacaq «Allegorie Premium Rosewood» qədəhləri ilə ahəng təşkil etdikdə,gündəlik ailəvi şam yeməyi, həmçinin bayram süfrəsi üçün əla seçim ola bilər. «Villeroy & Boch» qabları ən qalıcı emosiyalar və xoşagələn dad izləri buraxır.