«Yves Delorme»nin «Pavot» kolleksiyası
28 Fevral 2019 22:10
Yataq dəstləri- fashion- sənayenin ən mühafizəkar istiqamətlərindən biridir. Lakin əgər söhbət Dəb Evi «Yves Delorme»dən gedirsə, deməli, burda inqilab baş verə bilər. Məhz «Yves Delorme» Fransada ilk dəfə olaraq, öz müştərilərinə əlvan naxışlı birrəngli parçalar deyil, basma rəsmli parçalar təklif etmişdir. Məhz «Yves Delorme» ilk dəfə jakkard parçadan hazırlanmış elit yataq dəstini istehsal etdi. Bu gün marka, yeni kolleksiyaların istehsalında kiçik «əlvan inqilab» yaradaraq, öz yataq dəstini təbiətin zərif predmeti kimi nümayiş etdirir.
«Pavot» kolleksiyasının dizaynı - bu, hər bir çiçəyin və hər bir budağın həddən artıq dəqiq təsvir edildiyi köhnə botanika albomunda olan rəsmlərə müasir baxışdır. Xoşagələn bozumtul-mavi və mamır yaşılı çalarlarında işlənərək, incədən-incəyə çəkilmiş lalə, ərikgülünün yumru yarpaqları ağappaq perkalda effektli və təbii görünür.
«Yves Delorme» 1845- ci ildən etibarən Fransanın ən böyük tekstil istehsalçısı olaraq, yüksək keyfiyyətli yataq dəstləri istehsal edir. İstisnasız olaraq Avropa ənənələrinə uygun qaydada təbii liflərdən hazırlanmış Yves Delorme kolleksiyası, Yüksək Modanın fransız irsinin daşıyıcısı kimi, güzəştsiz keyfiyyət və hər bir detala diqqətlə yanaşma nümayiş etdirir. Yumşaq çalarlar və zərif rəng ahəngdarlığı bu təmtəraqlı silsiləni təmsil edir. «Yves Delorme» evi bütün istehsal prosesini Fransada həyata keçirir və bütün dünyada ən keyfiyyətli sayılan Misir pambığından istifadə olunur.