AZ

AMBIANCE

Ambiance

Ev aksessuarları

Əgər siz yeni evinizi abadlaşdırmaq, interyeri yeniləmək, və ya yeni evlənənlər üçün mükəmməl bir hədiyyə əldə etmək istəyirsinizsə, Ambiance lüks butikində sizə lazım olan hər şeyi tapa bilərsiniz. Butikdə çini, gümüş və qızıl kimi gözəl materiallardan düzəldilən, eləcə də müxtəlif dizayn və üslubda olan hər cür gümüş və şüşə dəstləri təklif olunur.

Ətraflı

BANG & OLUFSEN

Bang & Olufsen

Ev aksessuarları

Bang & Olufsen butiki yüksək keyfiyyətli məişət audio və video texnika, həmçinin multimedia avadanlıqlarının səciyyəvi dizaynı sayəsində dünya şöhrəti qazanmış məhsullar təklif edir. Butikdə akustik sistemlər, qulaqcıqlar və televizorlar daxil olmaqla, elektronika məhsullarının geniş seçimi təqdim olunur.

Ətraflı

CARPETS BOUTIQUE

Carpets Boutique

Ev aksessuarları

Carpets butiki əldə toxunmuş əfsanəvi İran (Fars) xalçalarının geniş çeşidini təqdim edir. Butikdə həmçinin kilimlər, ayaqaltı xalçalar və çərçivəyə salınmış xalça şəkilləri təqdim olunur. Şərq aləmində xalçasız heç bir evi təsəvvür etmək mümkün deyil, insanın rifahı isə onun evindəki xalçaların sayı ilə ölçülür. Artıq on ildən çoxdur ki, Carpets butiki üstün keyfiyyəti və gözəlliyi ilə seçilən xalça əsərləri ilə qonaqları və yerli əhalini cəlb etməyə davam edir.

Ətraflı

COINCASA FOR IDEA

Coincasa for IDEA

Tekstil

Coincasa for Idea, müxtəlif mebel, mətbəx və hamam üçün ləvazimatları təklif edən konseptual bir mağazadır. Coincasa-da təqdim olunan məhsullar öz dizayn və üslubu ilə İtalyan ev həyatını xatırladaraq, həm mağazaların, həm də evin içində gözəl və xoş mühit yaradırlar. Coincasa lüks keyfiyyəti və uyğun qiymətləri özündə birləşdirərək, müxtəlif brendlərin məhsullarını təklif edir.

Ətraflı

IDEA | CREATIVE SYSTEM

Idea | Creative System

Tekstil

Idea mebel salonu Azərbaycanda lüks həyatın simvoluna çevrilmişdir. 1996-ci ildə açılan bu salon, dizayn, keyfiyyət, qiymət və məhsul silsiləsində özünü dövründən bir çox irəlidə mövqələnərək, müştərilərimiz üçün yadda qalan bir hadisə oldu. Şəhərimizin mərkəzi küçələrindən birində yerləşən mebel salonu ev üçün hər növ ləvazimat, o cümlədən işıqlandırma, tekstil və bəzək əşyaları, üzlənmə materialları, keramika və santexnika məmulatlarını təklif edir.

Ətraflı

LLADRO

Lladro

Ev aksessuarları

Lladro butikində forma və dizayna görə qeyri-adiliyi ilə seçilən müxtəlif interyer elementləri, heykəlciklər və çindən hazırlanmış digər dekor məhsulları təqdim olunur. Zərifliyin və həssaslığın təcəssümünü əks etdirən və gözlərinin önündə sözün əsl mənasında canlandıran Lladro brendinin təqdim etdiyi hər bir məhsul yüksək çini sənətinin həqiqi nümunəsidir.

Ətraflı

MAISON DE LUXE

Maison de Luxe

Tekstil

Maison de Luxe – dünyada öz məharətli kolleksiyaları ilə heyranlandıran, müasir evlər və beynəlxalq səviyyəli ən tanınmış restoranlarında istifadə olunan lüks çini, gümüş və şüşə məhsullarının lider brendlərini özündə birləşdirən ideal bir konseptual butikdir. Burada hər zövqə uyğun ənənəvi və ya müasir xarakteri daşıyan, yüksək keyfiyyətə malik olan füsunkar kolleksiyalar mövcuddur.

Ətraflı

VILLEROY & BOCH

Villeroy & Boch

Tekstil

Alman brendini təmsil edən Villeroy & Boch butiki ev və mətbəx üçün gündəlik ləvazimatlar təklif edir. Villeroy & Boch-da təqdim olunan bütün məhsullar rahatlıq hissini yaradır. Müxtəlif şüşə və süfrə cihazlarından ibarət olan butikin çeşidi hər qida qəbulunu xüsusi bir hadisəyə çevirir. Villeroy & Boch butiklərində təqdim olunan ləvazimatlar yalnız yüksək keyfiyyətli deyil, həm də gündəlik həyatda da çoxtəyinatlıdırlar.

Ətraflı

YVES DELORME

Yves Delorme

Ev aksessuarları

Yves Delorme – müasir evlərdə gündəlik istifadə üçün hazırlanan yataq dəstləri, tekstil və digər ev ləvazimatlarını təklif edən konseptual butikdir. Biz yerli bazarda nümayiş olunan bilik və təcrübə, təklif etdiyimiz ən yüksək keyfiyyətli məhsullar və toxuculuq sənayesində ən son dünya tendensiyalarına riayət etmək bacarığı ilə müştərilərimizi heyran etməyə davam edirik. Bundan əlavə, Yves Delorme yataq, vanna və qonaq otağları üçün dəbli məhsulları təklif edir.

Ətraflı