AZ

IDEA | CREATIVE SYSTEM

IDEA | CREATIVE SYSTEM

Glampire Timepieces

GLAMPIRE TIMEPIECES

Royal Collection

ROYAL COLLECTION

Swarovski

SWAROVSKI

Lladro

LLADRO

Villeroy & Boch

VILLEROY & BOCH

CARTIER

Cartier

Aksessuarlar

2008-ci ildə qapılarını açan Cartier butiki, 1847-ci ildə Louis Francois Cartier tərəfindən təsis edilən dünya şöhrətli fransız brendinin təqdim etdiyi möhtəşəm zinət əşyaları, saatlar, çantalar və digər aksessuarlar və suvenirləri təklif edir. Cartier Evinin yaratdığı xüsusi zinət əşyaları və aksesuarlar ən yüksək sənətkarlıq, zəriflik və üstün keyfiyyətin rəmzidirlər. Butikdə həmçinin ətirlər təqdim olunur.

Ətraflı

CHOPARD

Chopard

Aksessuarlar

Chopard butiki, artıq uzun illər boyu insanların ürəklərini fəth edən dünya şöhrətli brenddən füsünkar zinət əşyaları, saatlar, kişi və qadın aksessuarları, çantalar, həmçinin ətir xəttlərini təklif edir. Şəhərin mərkəzi hissəsində yerləşən Chopard butiki gözəllik və təmtərağın əsl həvəskarları üçün diqqət mərkəzidir.

Ətraflı

ELLUXUS

Elluxus

Saat

Elluxus saat və zinət əşyaları brendlərinin geniş seçimini təqdim edən böyük bir konseptual butikdir. Zinət əşyaları və qiymətli saatların füsünkarlığını gözəl dizayn və zərif işıqlandırma ilə ifadə edən həmin butik, mükəmməl qiymətli daşların və etibarlılığı ilə tanınan dünya şöhrətli saat brendləri üçün mərkəzdir.

Ətraflı

GLAMPIRE TIME PIECES

Glampire Time Pieces

Aksessuarlar

Glampire - müxtəlif lüks saat brendlərini təqdim edən, həmçinin yüksək keyfiyyətli İsveçrə saatlarını təklif edən bir butikdir. Təqdim etdiyi tanınmış saat brendlərdən başqa, Glampire butikində müştərilər həmçinin nadir mexaniki və ya məhdud sayda buraxılan saatları da tapa bilərlər.

Ətraflı

GRAFF

Graff

Saat

GRAFF butiki müstəsna təbii xüsusiyyətlərinə malik olan qiymətli daşlar sayəsində dünyada şöhrət qazanan ingilis Zərgərlik Evinin istehsal etdiyi füsünkar zinət əşyalarını təqdim edir. Butikdə dəbdəbəli zinət əşyaları, eləcə də təkrarolunmaz üslub və yüksək ifa etmə keyfiyyəti ilə məşhur olan saat modelləri təqdim olunur.

Ətraflı

ROYAL COLLECTION

Royal Collection

Aksessuarlar

Bakıda ilk zinət əşyaları və saat butiklərindən biri olan Royal Collection, təqdim etdiyi zinət əşyalarının dəbdə qalan dizaynları ilə hər bir müştərinin ürəyini asanlıqla cəzb edə bilən bir butikdir. Royal Collection-da, füsünkar saat və zinət əşyalarının əsl həvəskarı olan hər kəs, dünyada aparıcı zərgərlərin əl işlərini əldə edib, özünü və ya sevdiklərini inanılmaz bir hədiyyə ilə sevindirə bilər. Şəhərin mərkəzində yerləşən Royal Collection butikləri diqqətlə seçilmiş incə məhsulları ilə, qonaqların lüks alış-veriş edə biləcəyi bir istiqamət yeridir.

Ətraflı

SWAROVSKI

Swarovski

Saat

Swarovski – şəhərin üç məntəqəsində yerləşən monobrend butiklər şəbəkəsidir. 1895 ildə təsis edilən Swarovski brendi «hər yeni günə parıltı qatmaq» şüarı altında dünyada özünü tanıtdırmağa bacarmışdır. Butiklərdə Svarovski ailəsinin altıncı nəslinin rəhbərliyi altında şirkət tərəfindən istehsal olunan büllur zinət əşyalar və müxtəlif aksessuarlar təqdim olunur.

Ətraflı

XTRAVAGANZA

Xtravaganza

Saat

Xtravaganza Azərbaycanda ən məşhur ticarət mərkəzlərindən birində yerləşən, saat və zinət əşyalarını təklif edən konseptual bir mağazadır. Bu unikal məntəqənin məqsədi müştərilərimizə dünyanın müxtəlif yerlərindən olan dəbli zinət əşyaları və dizayner saatlarının geniş çeşidi ilə tanış etmək imkanı verməkdir. Xtravaganza bütün modapərəstlərin sevdiyi məkanı olaraq, layiqli hədiyyə almaq üçün mükəmməl bir yerdir.

Ətraflı