Noritake

KolleksiyaKyoka shunsai

“Kyoka Shunsai“ kolleksiyası Kyokanın dəbli ağ çini üzərində təsvir edilmiş yerli və ənənəvi tərəvəz motivlərini mədh edir. Yapon akvarellərindən ilhamlanaraq hazırlanmış kolleksiya insanın ağır gündən sonra dincəlməsinə kömək edən ev yeməyinin ləziz dadını xatırladır. “Kyoka Shunsai“ kolleksiyası süfrə düzümü üçün predmetlər və müxtəlif yemək dəsti parçalarından ibarətdir. “Kyoka Shunsai“ gündəlik istifadə üçün nəzərdə tutulub və qabyuyan maşın və mikrodalğalı sobada istifadə edilə bilər.