BrendStephen Webster

Londonda yaradılmış ingilis brendi "Stephen Webster" zərgərlik dünyasının elitasıdır, Stiven Vebster isə ən yaxşı ingilis zərgəri və dizayneri kimi tanınır. Usta zərgərlik karyerasına 1982-ci ildə "De Beers"də başlayıb və altı il sonra öz şirkətini açıb. Stiven Vebsterin peşəkar dəst-xəttini unikal “Crystal Haze” texnologiyası sayəsində tanımaq asandır. Hər kolleksiyada tanınan detallara rast gəlmək olar: filiqran tökmə detallar, balıq sümükləri və rok-n-rol simvolları. Bununla belə, hər yeni silsilə hər şeydən əvvəl fərdilik, yaradıcılıq, hətta hardasa, yumor hissi ilə seçilir. Üstəlik, brendin hər bir təqdimatı bütün yeni dəb tendensiyalarını özündə əks etdirən misilsiz şoudur. Ən maraqlısı budur ki, dünya şöhrəti qazanmasına baxmayaraq, "Stephen Webster" brendinin kolleksiyaları tez-tez təqdim edilmir. Ola bilsin ki, məhz bu yanaşma sayəsində Vebster dərhal dünyaca məşhur insanların kolleksiyalarında yer alan həqiqətən qeyri-adi və eksklüziv bəzək əşyaları hazırlamağa müvəffəq olur. Gələcək məhsulların detal və elementlərinin əksəriyyəti əl ilə hazırlanır, ona görə də brendin hər bir məhsulu tək nüsxədir.

Kataloq

Filtr
Filtrlər
Geri
Tövsiyə edilənlər
Çeşidlə

Göstərilir: 24 / 32